AZ

Şimali Koreyanın iqtisadi nümayəndə heyəti İrana səfər edib

KXDR-in xarici iqtisadi işlər naziri Yun Çjon Honun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedib...Poliqon xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.Agentlik qeyd edir ki, nümayəndə heyəti aprelin 23-də Pxenyandan İrana yola düşüb. Səfərin məqsədi və proqramı barədə başqa məlumat verilmir.Cənubi Koreyanın Yonhap Agentliyinin məlumatına görə, səfər Tehran və Pxenyanın hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.Qeyd edək ki, Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
5
Mənbələr
Şərh ()
Bağla