AZ

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Avtomobil Yolları Baş Müdirliyinin (KGM) 74-cü region müdirləri yığıncağının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq.

“Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir”, – nazir qeyd edib.

Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla