AZ

Jiru MLS klubu ilə ANLAŞDI 

Fransa millisinin və “Milan”ın futbolçusu Olivye Jiru “Los-Anceles”lə müqaviləni razılaşdırıb. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı hücumçu 1,5 illik anlaşma imzalayacaq. 

Müqavilədə sonradan uzadılma bəndi də yer alacaq. Jirunun illik maaşı 3 milyon avro olacaq. Forvard yeni klubuna AVRO-2024-dən sonra qoşulacaq. O, MLS təmsilçisinə azad agent kimi keçəcək. 

Qeyd edək ki, Olivye cari mövsümün 42 matçında 15 qol və 9 assistə imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
4
Mənbələr
Şərh ()
Bağla