AZ

Türkiyə 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatlara reaksiya verib

Türkiyə 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli açıqlamalara reaksiya verib.
Türkiyə Xarici İşlər Nazirliyi mövzu ilə bağlı bəyanat verib.
“Biz bəzi radikal dairələri məmnun etmək məqsədi ilə 1915-ci il hadisələri ilə bağlı verilən birtərəfli bəyanatları rədd edirik” deyilən bəyanatda tarixi faktları təhrif edən bu bəyanatların beynəlxalq hüquqa da zidd olduğu vurğulanıb.
Bəyanatda bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin qanuni müzakirə mövzusu olduğunu açıq şəkildə qeyd edib.
Bəyanatda deyilir:“Bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi və Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq”.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
34
Mənbələr
Şərh ()
Bağla