AZ

Azərbaycan və Qazaxıstan yükdaşımalar sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Qazaxıstanın yükdaşımalar sahəsində dərinləşən əməkdaşlığı çərçivəsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə Qazaxıstan Respublikasının
"İriqabaritli və ağırtonnajlı yük daşıyıcıları Milli Assosiasiyası" (İADMA) arasında görüş keçirilib.

Day.Az xəbər verir ki, görüşdə hər iki ölkənin avtodaşıyıcılarının bu sahədə rastlaşdıqları problemlər, nəqliyyat- logistika xidmətlərinin gələcək inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi, daşımaların dayanıqlı inkişafının təmin edilməsi üçün birgə fəaliyyət, Orta Dəhlizin təşviqi və digər məsələlər müzakirə edilib.

Tərəflərin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda ABADA və İADMA arasında müvafiq Memorandum imzalanıb.

  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan
  • Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
Mənbələr
Şərh ()
Bağla