AZ

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda üz-üzə gələcək

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda üz-üzə gələcəkAzərbaycan Kubokunun 2023-2024-cü illər mövsümündə finala yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar 2021-2022-ci illər mövsümündə də finalda qarşılaşıblar.Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq