AZ

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Bakı. Trend:

Fransa vətəndaşlarının yarıdan çoxu Prezident Emmanuel MakronunAvropa İttifaqının fəaliyyətinə və qərarlarına real təsir göstərəbiləcəyinə şübhə ilə yanaşır.

Trend xəbər verir ki, bu barədə məlumat BFM telekanalınınapardığı sosioloji rəy sorğusunun nəticələrində öz əksinitapıb.

Məlumata görə, sorğuda iştirak edən fransalıların 57 faiziEmmanuel Makronun 2017-ci ildən bəri Aİ qərarlarına təsir göstərməküçün ciddi nüfuzunun olmadığını düşünür. Rəyi soruşulanvətəndaşların yalnız 42 faizi əks fikirdədir. Respondentlərin qalanhissəsi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğunun nəticələri cümə axşamı günü Fransa dövlətbaşçısının Sorbonna Universitetində Avropa İttifaqı mövzusuna həsrolunan çıxışı fonunda dərc olunub. Aprelin 23-24-də keçirilənsorğuda minə yaxın fransalı iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
Mənbələr
Şərh ()
Bağla