AZ

MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib

Aprelin 25-də Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün silsilə təlimlər çərçivəsində “Böhran kommunikasiyası” mövzusunda növbəti təlim keçirilib.

Doğru.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələri ilə dövlət orqan və qurumları arasında düzgün və effektiv kommunikasiya mexanizminin qurulmasının cəmiyyətin ilkin mənbədən informasiya ilə təmin edilməsi baxımından olduqca önəmli olduğunu deyib. O vurğulayıb ki, böhran kommunikasiyası dövründə media ilə qarşılıqlı səmərəli işin və əlaqələrin təşkili, müxtəlif səviyyələrdəki media mesajlarının operativ hazırlanması və ictimaiyyətə ötürülməsi peşəkar və müasir tendensiyalara əsaslanan yanaşma tələb etdiyindən bu kimi təlimlərin davamlı olaraq keçilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.

İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə diqqətə çatdırıb ki, belə peşəkar təlimlərin baş tutması PR mütəxəssislərinin media ilə qarşılıqlı əməkdaşlığının inkişafına, genişləndirilməsinə və sözügedən sahədə ünsiyyətin dinamikliyini artırmağa böyük töhfə verəcəkdir.

Təlim zamanı Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, iki gün davam edəcək təlimin keçirilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

DOĞRU.AZ

image-w_161714025790443432490_1200x630 image-w_1617140257905342545210_1200x630 image-w_1617140257905321763187_1200x630 image-w_161714025790674464609_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
14
Mənbələr
Şərh ()
Bağla