İordaniyada parlament seçkilərinin sentyabrın 10-da keçiriləcəyi açıqlanıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, İordaniya Kral Məhkəməsi Konstitusiyanın 34-cü maddəsinə uyğun olaraq seçkilərin keçirilməsi haqqında fərman verib.
Fərmanın verilməsi ilə eyni vaxtda İordaniya Kralı Abdullah da ölkədəki Seçki Şurasını ziyarət edib.
Kral Abdullah mövzu ilə bağlı verdiyi açıqlamada: "İordaniya parlament işində yeni mərhələnin başlanğıcını göstərən siyasi modernləşmə prosesində mühüm bir mərhələ ilə qarşı-qarşıyadır", - deyib.
Müstəqil Seçki Şurasının bəyanatında parlament seçkilərinin sentyabrın 10-da keçiriləcəyi qeyd olunub.
Seçki Şurasının sədri Musa əl-Muayta ölkədə 5 milyondan çox seçicinin səs verməsi üçün 1600 seçki mərkəzinin müəyyən edildiyini və 19 əsas seçki komissiyası ilə iş aparılacağını bildirib.
Malik Atilay
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta