AZ

Balıq ovu bu vaxtdan qadağan edilir - VİDEO

Mayın 1-dən balıqların kürüləmə dövrü başlayır. 4 ay, yeni setyabrın 1-ə kimi bu canlıları ovlamaq da qadağan edilir...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyir ki, qadağa bütün növ balıqlara şamil olunur, həmçinin də bütün balıqçılara...

Qaydalara əməl etməyənlər isə min manatdan 2 min manatadək cərimələnəcək...Və ya 6 aydan 2 ilədək onların ov hüququ məhdudlaşdırılacaq. Min manatdan yuxarı ziyan vurulan zaman isə artıq cinayət məsuliyyəti yaranır.

Qeyd edək ki, mayın 1-nə kimi sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər ov alətlərini də bütün təbii su hövzələrindən kənarlaşdırmalıdır. Əks halda bu, qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində də intizam tədbirləri görüləcək.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
41
Mənbələr
Şərh ()
Bağla