AZ

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Çernobıl

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 38 il ötür

Bakı, 26 aprel, AZƏRTAC

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 38 il ötür. 1986-cı il aprelin 26-da baş vermiş həmin dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan xeyli insan iştirak edərək öz töhfəsini verib.

Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı digər əlilliyi olan şəxslər kimi, Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin də sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımların atılmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliklərinin səbəblərinə görə həmin şəxslər Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər (2047 nəfər) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1824 nəfər) olmaqla iki qrup üzrə müəyyən ediliblər.

Nazirlik tərəfindən Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və avtomobillə təminatı həyata keçirilir.

Həmçinin həmin kateqoriyadan olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin olunur.

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə pensiya, bir qismi isə əlilliyə görə aylıq müavinət (əlillik dərəcələri üzrə müvafiq olaraq 270 manat, 220 manat, 150 manat), bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (100 manat) ödənilir.

Qeyd edək ki, aparılan islahatlar nəticəsində son 5 ildə pensiyaların orta aylıq məbləği iki dəfədən çox, müavinət və təqaüd ödənişləri isə beş dəfə artıb.

Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, həmçinin Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət də verilir.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin hər il birdəfəlik müavinətlə, həmçinin tibbi-sosial reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı da həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33416
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23982
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18546
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11247
Helikopterin qalıqları tapılıb
10832
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6270
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5627
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2823
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2299
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2126