AZ

Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi

Aprelin 26-da Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən Babək rayonu ərazisindəki “Naxçıvançay 1” qum-çınqıl yatağından ayrılmış 2 hektar sahə hərraca çıxarılıb.

Başlanğıc qiyməti 10 min manat olan auksion 14 min manatla yekunlaşıb. Auksionun qalibi "Naxçıvan Yol Təmir Tikinti" MMC şirkəti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
Mənbələr
Şərh ()
Bağla