AZ

"Gəncə və Gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub (FOTO)

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncə vəgəncəlilər" layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevinəziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Trend xəbər verir ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblınınmüşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov,Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdarmədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gəncifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, AnarQuliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva,Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxışediblər.

Gecədə "Zabul segah", "Bayatı şiraz", "Mahur təsnifi", "Dilkeştəsnifi", "Segah təsnifi", xalq mahnıları səsləndirilib. SahilQuliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşuilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətləqarşılanıb.

Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edənfilm, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoroliklərnümayiş etdirilib.

Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailəüzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləriiştirak ediblər.

Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənətxadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyevidi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq