AZ

“Crocus”a hücuma görə daha bir tacik HƏBS OLUNDU 

“Crocus City Hall”da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. 

Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
Mənbələr
Şərh ()
Bağla