AZ

Görkəmli tarzən Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli tarzən, Azərbaycan xalq artisti, Dövlət Mükafatı Laureatı, professor Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək. Birliyin Mətbuat xidmətindən SİA-ya məlumat verilib ki, tədbir 1 may, saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “MədəniyyətimİZ” proqramı çərçivəsində keçiriləcək görüşdə xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr və uğurlarımız, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği, eləcə də, Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.

Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasir ənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirə keçirilməsi nəzərdə tutulur. Görüşün bədii hissəsində musiqiçi gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” proqramının həyata keçirilməsində əsas məqsəd ölkə mədəniyyətinin müxtəlif sahələri üzrə peşəkar, tanınmış incəsənət xadimləri ilə gənclərin əlaqələndirilməsi, mədəni dəyərlərin təbliği və Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://shorturl.at/FHSX1

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
99
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44307
Abdullahianın cəsədi tapıldı - FOTO
32748
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27108
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24773
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20153
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17820
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15158
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8061
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6975
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6927
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4952
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965