AZ

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Azərbaycan nümayəndə heyəti aprelin 25-dən işə başlamış və sabah başa çatacaq İqtisadi Əməkdaşlıq Təşkilatının 2024-cü il üçün turizm paytaxtı seçilən Özbəkistanın Şəxrisəbz şəhərində “Turizm günləri” tədbirində iştirak edir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Tədbir çərçivəsində təşkil olunan “Şəxrisəbz 2024 – İƏT-in turizm paytaxtı” forumunda çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanla İƏT-ə üzv olan ölkələr arasında turizm əlaqələrinin inkişaf etdiyini, ötən il Azərbaycanla üzv ölkələr arasında 7200, bu ilin ilk rübündə isə 1500 birbaşa uçuşun həyata keçirildiyini bildirib.

O qeyd edib ki, 2023-cü il ərzində əsasən Türkiyə, İran, Qazaxıstan, Pakistan, Türkmənistan və Özbəkistandan olmaqla İƏT ölkələrindən ölkəmizə 730 mindən çox ziyarətçi gəlib.

Eləcə də 1 milyondan çox Azərbaycan vətəndaşı daha çox Türkiyə, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistana olmaqla İƏT üzvü olan ölkələrə səfər ediblər.

K.Quluzadə 2026-cı il üçün Şuşanın təşkilatın turizm paytaxtı seçildiyini vurğulayaraq Qarabağın turizm imkanlarının tanıdılması istiqamətində vacib addım olduğunu bildirib.

Özbəkistan Turizm Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində təşkil edilən etno festival tədbirində Azərbaycan kulinariyası təqdim edilib.

Forumda üzv ölkələr arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə məsələlər müzakirə olunur.

2-3 may tarixlərində Bakıda ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin tur operatorlarının forumu təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
39042
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24280
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
19305
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14893
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
14803
Abdullahianın cəsədi tapıldı - FOTO
13170
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11630
Helikopterin qalıqları tapılıb
11180
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7846
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6864
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6530
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5731
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5451
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4856
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4349
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3866
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3468
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3389
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2399