AZ

Hindistan və Azərbaycan tekstil sahəsində əlaqələri gücləndirir

Hindistanın Bakıdakı Səfirliyi “Fürsət dolu iplərlə möcüzələr toxumaq: Hindistanın tekstil xəzinəsini kəşf et” mövzusunda ticarət tədbiri təşkil edib.

525.az xəbər verir ki, tədbir, Hindistanın tekstil sənayesi ilə Azərbaycanın tekstil sahəsində faəliyyət göstərən aparıcı iş adamları və idxalçıları arasında əlaqələri gücləndirmək məqsədi ilə təşkil olunub.

Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan çıxışında Hindistanın tekstil sənayesinin qlobal nüfuza malik olduğunu və dünyada ona tələbin artdığını vurğulayıb, eləcə də, ölkəsinin tekstil istehsalı sektorunda qabaqcıl texnologiyaların və innovativ dizaynların tətbiq olunduğunu qeyd edib.

Səfirliyin müşaviri Sanjay Jain beynəlxalq arenada Hindistanın tekstil sənayesinin güclü tərəfləri və rəqabət üstünlükləri, eyni zamanda onun Azərbaycan bazarı üçün aktuallığı barədə ətraflı məlumat təqdim edib. 

Dünyanın ən böyük pambıq və həsir istehsalçısı və ikinci ən böyük ipək və süni lif istehsalçısı olan Hindistan, qlobal tekstil bazarında mühüm rol oynayır. 2022-ci ildə Hindistanın tekstil ixracı 44 milyard ABŞ dollarına, süni lif tekstil məhsulları isə 6,8 milyard dollarına çatıb.

Hindistanın süni lif tekstilinin aparıcı idxalçıları arasında ABŞ, Türkiyə, BƏƏ, Banqladeş, Braziliya, Şri-Lanka, Misir, Almaniya, İtaliya və Belçika kimi ölkələr var.

Tədbirdə istər pambıq, istərsə də sintetik hind parçalarının üstün keyfiyyəti nümayiş olunub. Hindistanın bu sahədə ticarət təkliflərinin iqtisadi səmərəlilik və texnoloji inkişaf ilə xarakterizə olunması qeyd edilib.

Görüşdə idxalçılar və Azərbaycanın əsas toxuculuq müəssisələrinin nümayəndələri iştirak edərək, Hindistanın tekstil məhsullarına böyük maraq göstəriblər. Tədbir intertaktiv  sual-cavab sessiyası ilə yekunlaşıb və sessiya zamanı Səfirlik rəsmiləri Hindistandan idxal təşəbbüsləri ilə bağlı Azərbaycan tekstil idxalçılarına və distribyutorlarına hərtərəfli dəstək göstərəcəklərini bir daha bəyan ediblər. Azərbaycanlı tədbir iştirakçıları Hindistan istehsalçılarından alınan toxuculuq məhsullarının keyfiyyəti ilə bağlı müsbət təcrübələrini və məmnunluqlarını bölüşərək, bu sektorda hər iki ölkə üçün qarşılıqlı faydalı və perspektivli artım potensialı olduğunu vurğulayıblar.





Pərvanə






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
2
Mənbələr
Şərh ()
Bağla