AZ

Azərbaycanlılarla taciklər arasında qarşıdurma -

Rusiyanın Yekaterinburq şəhərindəki “Vtorçermet”də baş verən qarşıdurmanın təfərrüatları məlum olub. Dalida kafesinin yaxınlığında kütləvi dava zamanı bir kişi bıçaqlanaraq öldürülüb.Metbuat.az Lent.az-a istinadla bildirir ki, münaqişə azərbaycanlı və taciklərdən ibarət qruplar arasında başlayıb.Məlumata görə, müəssisə azərbaycanlılara məxsusdur. Lakin başqa etnik qruplar tez-tez orada nahar ediblər. Davadan bir həftə əvvəl talışlar (Azərbaycan xalqı) qeyd edildiyi kimi, məişət münaqişəsindən sonra tacikləri döyüblər.Aprelin 20-də onlar yenidən üzləşib. Lakin bu dəfə taciklər daha çox olub.Tapançalarla silahlanmış azərbaycanlılar əsasən Rusiya Federasiyasının vətəndaşları olub. Onlardan 3 nəfər yaralanıb, 1 nəfər ölüb.Taciklər isə əsasən tikintidə işləyən miqrantlar olublar.

Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, şübhəlilər qaçmağa cəhd etsələr də, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
11
Mənbələr
Şərh ()
Bağla