AZ

ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK

Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun “Ramştayn” formatı kimi tanınan iclasında ən önəmli prioritet Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsi olacaq.
Ednews  xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin aprelin 26-da müdafiə nazirləri səviyyəsində keçirilən “Ramştayn” formatındakı iclasın açılışında bildirib.
“Biz xüsusilə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə diqqət yetirəcəyik ki, Ukrayna öz səmasını həqiqətən də bağlaya bilsin. Bu, hazırda bizim üçün ən önəmli prioritetdir”, - L.Ostin qeyd edib.Onun sözlərinə görə, Ukraynanın işğal olunmuş torpaqlarını azad edə bilməsi üçün daha çox artilleriya sisteminə ehtiyacı var.Pentaqon rəhbəri söz verib ki, Qərb ölkələri Ukraynaya kömək etmək üçün əllərindən gələni edəcəklər.
O bildirib ki, son iki ildə Təmas qrupunun üzvləri Ukraynaya 70-dən çox orta və uzunmənzilli hava hücumundan müdafiə (HHM) kompleksi təhvil veriblər.
“3000-dən çox zirehli texnika, o cümlədən 800-dən çox döyüş tankı təmin etmişik. Habelə, Ukraynaya on minlərlə tank əleyhinə raket vermişik”,- Pentaqon rəhbəri deyib və əlavə edib ki, bu il Ukraynaya ilk olaraq, F-16 qırıcıları tədarük olunmağa başlayacaq.
“Hədiyyə olunan F-16 eskadronları Ukraynaya pilot və xidmət işçiləri ilə birlikdə gəlməyə başlayacaq”, - L.Ostin əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22731
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12105
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11287
Helikopterin qalıqları tapılıb
8445
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7863
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6822
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5096
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4182
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3661
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2759
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2315
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1557
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1321
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320