AZ

Daşkənddə Azərbaycan kitabları sərgiləndi

Özbəkistan Respublikasında hər il təşkil edilən ənənəvi “Kitab həftəliyi” çərçivəsində Daşkənd şəhərində yerləşən “Turan” kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan kitabları sərgilənib.

Kulis.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində Azərbaycana aid kitablardan ibarət sərgi ilə tanış olublar.

Sözügedən kitabxananın akt zalında davam edən tədbiri açan kitabxananın təşkilati məsələlər üzrə məsul şəxsi Dilfuza Dursimatova Özbəkistanda keçirilən ənənəvi kitab həftəliyi haqqında məlumat verərək, bu münasibətlə “Turan” kitabxanasının da silsilə tədbirlər təşkil etdiyini və bu tədbirlər çərçivəsində bir günün sırf Azərbaycan kitablarına həsr olunduğunu qeyd edib. D.Dursimatova “Turan” kitabxanası ilə sıx əməkdaşlıq etdiklərinə, eləcə də bugünkü sərginin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev kitab bayramı münasibətilə hər kəsi təbrik edərək, belə bir təşəbbüsün çox gözəl ənənə olduğunu vurğulayıb. İki qardaş ölkə arasında mövcud əlaqələrdən söz açan N.Əlimirzəyev ölkə başçılarının bu münasibətlərin yüksək səviyyədə olmasına xüsusi diqqət yetirdiklərini, ələlxüsus da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətdə qardaş türkdilli dövlətlərlə münasibətlərin prioritet olduğunu qeyd edib. O, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 100-dən çox özbəkdilli nəşrin həyata keçirildiyini bildirərək, bu nəşrlərin Özbəkistanın müxtəlif kitabxanalarına qarşılıqsız olaraq verildiyini, özbək oxucusuna çatdırıldığını vurğulayıb.

Daşkənd şəhər Şayxantohur rayonu Mədəniyyət Mərkəzinin direktoru Abdulqayim Akbarov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, şairə-jurnalist Nazira Aripova Özbəkistanla Azərbaycan xalqları arasında qədim və sıx ədəbi-mədəni əlaqələrdən söz açaraq, günümüzdə bu əlaqələrin daha da yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığı diqqətə çatdırılıb, bu münasibətlə Azərbaycan Mədəniyyət Mərkəzinin bir çox layihələr həyata keçirdiyi və dahi şairin əsərlərindən ibarət iki cildliyin özbək dilində nəşrə hazırlandığı bildirilib.

Qeyd edək ki, sonda K.Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tərcümə və çap edilmiş tanınmış azərbaycanlı şair, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın əsərlərinin özbək dilinə tərcüməsindən ibarət “Xurshidga yetar boshim” (Günəşə çatar başım) adlı kitab haqqında geniş məlumat verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13684
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11057
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9071
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2931
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2471
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2206
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2059
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1828
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1030
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
748
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
644
Azərbaycan nefti ucuzlaşdı
643
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
621
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
604
Arda Gülər dayanmır, yenə fərqləndi -
584