AZ

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur.Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 64 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur. O cümlədən Gürcüstan Rusiyaya 14 milyon ABŞ dolları dəyərində, Ermənistana 10,7 milyon ABŞ dolları dəyərində, Çinə 9,3 milyon ABŞ dolları dəyərində, İspaniyaya 4,2 milyon ABŞ dolları dəyərində, Almaniyaya 3,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,5 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. (report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
7
Mənbələr
Şərh ()
Bağla