AZ

Yasamalda avtomobildən telefon oğurlayan şəxs saxlanıldı

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev saxlanılıb.Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb:"O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev saxlanılıb. V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır"."Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
12
Mənbələr
Şərh ()
Bağla