AZ

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar.

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə qoyublar, yəni hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildiriblər.

"Həmin vaxt onlar, əslində, xidməti dayandıraraq nümayişçilərə qoşulublar", - deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, cinayət işi üzrə istintaq qrupu yaradılıb, əldə olunan faktların hərtərəfli araşdırılması üçün zəruri əməliyyat-istintaq və digər inzibati tədbirlər həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi həmçinin hərbçilərin əməllərindən peşman olduqlarını və vəziyyəti siyasiləşdirməməyi xahiş etdikləri barədə video yayımlayıb./Oxu.az

11:50
Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb.

Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib.

"İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinqə qatıldığı video yayılıb. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi üçün tədbirlər görür", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, silahlı qüvvələrin siyasi proseslərə cəlb edilməsinə yönəlmiş istənilən cəhdə mütənasib hüquqi qiymət veriləcək./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11509
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8463
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
7171
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2125
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1887
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1801
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1658
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1367
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1013
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
836
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
717
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
684
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
480
Arda Gülər dayanmır, yenə fərqləndi -
442
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
338
Arda dubl etdi - VİDEO
337
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
334
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
323