AZ

Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO

Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının ümumi təhsil məktəblərinin IX-X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, 8 mərkəzdə təşkil olunan olimpiadada 800-dən artıq şagird iştirak edib. Məktəblilərə qapalı test formatında 30 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.
 
Olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19518
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13306
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10516
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5079
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5018
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3725
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3455
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2900
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2602
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2247
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1713
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1087
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1058
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1037
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
983
Arda dubl etdi - VİDEO
866
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
836