AZ

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edilib

Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub.

Musavat.com xəbər verir ki, nazirliyin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən asfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyatı təhlükəni ortadan qaldırmaq, həyatı funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.

Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Sumqayıt Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən akademik Zərifə xanım Əliyevanın doğun gününə həsr olunan 101 rəqəmi vizual olaraq nümayiş etdirilib.

Həmçinin, “İlk tibbi yardım öyrən - həyat xilas et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.

Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Həmçinin, kollecin tələbələri mulyaj və insanlar üzərində ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş etdiriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.

Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22925
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13831
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11342
Helikopterin qalıqları tapılıb
8863
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7956
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6966
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5171
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4712
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4087
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3937
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2802
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2069
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1613
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1451
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351