AZ

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan AYRILIR? - "Mövsümün sonunda..." - Özü AÇIQLADI 

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək.

 

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

 

Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb:

 

“Adana Dəmirspor” klubu ilə müqaviləmin müddəti 2025-ci ildə başa çatacaq. Mən bu komandanın futbolçusuyam. Mövsümün sonunda hər şey daha dəqiq bilinəcək”.

 

Türkiyə Superliqasının XXXIV turunda “Qalatasaray”a (0:3) qarşı meydana çıxan Ş.Məhəmmədəliyev oyunla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə pis oyun alınmadı, lakin yekunda qələbə rəqibin oldu. İlk hissədə pis çıxış etmədim. Sadəcə, "Qalatasaray"da Muslera var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
Mənbələr
Şərh ()
Bağla