AZ

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Baş

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 28-i saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrlik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda həmin hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
Mənbələr
Şərh ()
Bağla