AZ

İdmançımız Avropa çempionatında finala yüksəldi

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.
 
Moderator.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev və 100 kq-da Zelim Kotsoyev yarımfinala qədər irəliləyiblər.
 
Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uzuduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.
 
Murad Fətiyev Laşa Bekauri, (Gürcüstan) Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.
 
90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Elcan Hacıyev turnirin final mərhələsinə vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
7
Mənbələr
Şərh ()
Bağla