AZ

Gürcü spikerdən ABŞ-a: Bu pullar hara xərclənir?

Konqres və ya Senat müraciət etməkdənsə, Amerika büdcəsindən Gürcüstana gələn pulların nəyə xərcləndiyini ictimaiyyətə açıqlamalıdır.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ABŞ-ın “Xarici agentlər” haqqında qanuna sərt reaksiya verməsini şərh edərkən bildirib.

"Pulların nəyə xərcləndiyi bu günə qədər gizlədilir və biz təsadüfən onu özümüz tapırıq. Amerika vətəndaşlarının pullarının partiyaları, radikal və dezinformasiya qruplarını maliyyələşdirmək üçün dairəvi şəkildə xərcləndiyini görürük. Nəticədə də bu, Amerikanın Gürcüstana dostluğuna kölgə salır", - spiker qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
Mənbələr
Şərh ()
Bağla