AZ

Azərbaycan-Almaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri var - Azər Qarayev

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya səfəri, keçirdiyi görüşlər, eyni zamanda "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı növbəti tarixi hadisə oldu.Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.A.Qarayev bildirib ki, Prezident İlham Əliyevin Berlində keçirilən "Petersberq İqlim Dialoqu" formatındakı müzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artan nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi hörmətindən irəli gəlir.Onun sözlərinə görə, Azərbaycan və Almaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri var."Zaman keçdikcə biz qarşılıqlı əlaqələrin inkişaf etdiyinin də şahidi oluruq. Ötən dövr ərzində iqtisadi və ticarət əlaqələrinin genişlənib, ticarət dövriyəsində müsbət nəticələr əldə olunub. Azərbaycan-Almaniya münasibətləri ümumilikdə yüksələn xətt üzrə genişlənir. Azərbaycanla əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm faktordur", - deyə A.Qarayev əlavə edib.O qeyd edib ki, Almaniyanın Ermənistanla Azərbaycan arasında danışıqlara məkan rolunda çıxış etmək istəməsinə gəldikdə isə, burada Azərbaycan üçün etiraz doğuran məqam yoxdur:"Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu, sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin diqqətindədir.Xatırlatmaq lazımdır ki, Münxendə keçirilmiş görüşdən sonra Ermənistanla Azərbaycan arasında sülh gündəminin irəli aparılması ilə bağlı çox səmərəli danışıqlar aparıldı.Ümumilikdə isə, Qərb Platformaları çərçivəsində Almaniya etibarlı tərəfdaş kimi çıxış edir və bitərəf mövqeyini qorumağı bacarır. Ermənistanla Azərbaycan arasındakı danışıqlara ev sahibliyi rolunda çıxış edir".Politoloq əlavə edib ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı jurnalistin Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı ona ünvanladığı sualını da cavablandırdı."Uzun illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəs öz fikrini tam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insan hüquq və azadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız bu azadlıqları ali dəyər kimi qiymətləndirir", - A. Qarayev vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22713
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
11970
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11269
Helikopterin qalıqları tapılıb
8421
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7857
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6814
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5092
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4136
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3652
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3484
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2753
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2194
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1579
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1549
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1320