AZ

İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində xəsarət alanların sayı artıb.   Manset.az  report.az-a istinadən xəbər verir ki, qəzada xəsarət alan daha bir nəfər - 1976-ci il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı 4-ə çatıb. Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
2
Mənbələr
Şərh ()
Bağla