AZ

Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir - Hacıyev

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

O qeyd edib ki, bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb.

Hacıyevin paylaşdığı fotoda qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb.

Minaya düşənlərin 65-i həlak olub, 291-i isə xəsarət alıb. Qeyd olunub ki, həlak olanların 50-si mülki vətəndaş, 15-i isə hərbçilərdir. Yaralıların isə 126-sı mülki şəxs, 165-i hərbi qulluqçudur.

Ümumilikdə 1991-ci ildən bu günə kimi 3 435 nəfər minadan zərərçəkən kimi qeyd alınıb. Onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadındır.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla