AZ

"Reuters”in əməkdaşı Moskvada həbs edildi

Moskvanın Basmannı məhkəməsi “Reuters“ xəbər agentliyinin prodüseri Konstantin Qabovu "NavalnyLIVE" "YouTube" kanalında materiallar dərc etdiyinə görə həbs edib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Reuters" xəbər agentliyinin xəbər xidmətinin prodüseri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə (ekstremist birlikdə iştirak) ittiham olunur.

Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
Mənbələr
Şərh ()
Bağla