AZ

“Reuters”in əməkdaşı Moskvada həbs olunub

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters” agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi onun barəsində 2 ay müddətinə, 2024-cü il iyunun 27-dək həbs qətimkan tədbiri seçib.

İstintaqa görə, Qabov "Navalny LIVE YouTube” kanalında dərc üçün foto və video materialların hazırlanmasında iştirak edib.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq