AZ

Türkiyədə polis iki həmkarını öldürüb

Türkiyənin cənub-şərqində yerləşən Adıyaman şəhərində polis nəfəri bölmədə həmkarlarına atəş açıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Yaralı polislər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Atəş açan polis əməkdaşı saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
56
3
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating