AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın xatirəsini andı

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

 

Bu barədə Modern.az-a Nazirlikdən bildirilib.

 

Qeyd edilib ki, aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 101 il keçir.

 

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanını ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
8
Mənbələr
Şərh ()
Bağla