AZ

IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər. 
Bakıda təşkil edilən olimpiada mərkəzlərində ümumilikdə 975 şagird iştirak edib. İlkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. 
Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvan Muxtar Respublikasında keçirilməsi planlaşdırılır. 
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. 
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova "Qərbi Azərbaycana Qayıdış" olimpiadasının ekspert qrupuna rəhbərlik edib.
ADPU-nun Filologiya fakültəsinin professorları “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsini izləmək üçün təşkil olunan mediaturda iştirak ediblər. Həmçinin mediaturda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova və Elmi-təşkilati şöbənin müdiri prof. İbrahim Bayramov da iştirak etmişlər.
İlkin mərhələsində 10000-ə yaxın şagirdin iştirak etdiyi olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.
Qeyd edək ki, prof. Mahirə Hüseynova yeni təhsil proqramlarında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, folkloru, adət-ənənələrinin öz əksini tapmasını, daha sonra onların orta məktəb dərsliklərinə salınmasını təklif etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22740
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14348
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12139
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11289
Helikopterin qalıqları tapılıb
8456
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7863
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6637
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5100
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4188
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4046
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3667
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3497
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2759
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
2324
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2052
Azərbaycan nefti ucuzlaşdı
1581
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1557
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1321
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1320