AZ

Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarını satanlarla bağlı tədbir görüldü

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması halı aşkar edilib.
Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
11
Mənbələr
Şərh ()
Bağla