AZ

Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə göndəriləcək.

Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
24
milli.az

10Mənbələr