- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ürfan Abbasova “Qəbələ”nin 300 nömrəli forması təqdim olunub.
Futbolinfo.az xəbər verir ki, hədiyyənin təqdimat mərasimi Premyer Liqanın 32-ci turunun bu gün keçirilən “Kəpəz”lə ev matçından əvvəl baş tutub.
“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında rekordçu olan müdafiəçi yubiley qarşılaşmasına dörd gün əvvəl çıxıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə cavab görüşündə 300-cü dəfə “Qəbələ”nin formasını geyinib.
Qeyd edək ki, “Qəbələ”də 2012-ci ildə debüt edən Ürfan 300 matçda 6 qol vurub.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.