AZ

Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

İnterpress.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 3:0.

15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.

Qeyd edək ki, günün ilk matçında “Kəpəz” səfərdə “Qəbələ”yə qalib gəlib – 1:0. Bu gün “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Tura aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
50
Mənbələr
Şərh ()
Bağla