AZ

Rusiya Baltikyanı ölkələrin hava məkanında GPS sistemini pozur 

Baltikyanı ölkələrin xarici işlər nazirləri bildirirlər ki, Rusiya GPS naviqasiya sistemininin işini pozaraq Baltik dənizi regionunda hava hərəkətinə müdaxilə edir.

Musavat.com xəbər verir ki, bu, Financial Times-ın hazırladığı materialda əksinin tapıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis “Financial Times” (FT) qəzetinə verdiyi şərhdə, "Rusiya sərhədi yaxınlığındakı Baltikyanı regionda vəziyyət diqqətdən kənarda qalmayacaq qədər gərginləşir" deyib.

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna bunu “hibrid hücumlar” adlandıraraq, “biz GPS ilə baş verənləri Rusiyanın düşmən hərəkətlərinin bir hissəsi kimi qəbul edirik və bunu müttəfiqlərimizlə mütləq müzakirə edəcəyik” deyib.

Latviyanın xarici işlər naziri Baiba Braze əlavə edib ki, Baltikyanı ölkələr GPS ilə bağlı “insidentlərə ciddi yanaşırlar” və bu məsələ ilə əlaqədar “digər dövlətlərdən olan həmkarları ilə əlaqə saxlayırlar”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla