AZ

ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş PUA-nı vurub

ABŞ hərbçiləri Qırmızı dəniz üzərində beş pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı xəbər yayıb.

"Aprelin 28-də Sana vaxtı ilə saat 01:48-dən 02:27-dək (Bakı vaxtı ilə saat 02:48 və 3:27) ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində 5 PUA-nı uğurla vurub”, - komandanlığın "X”dəki səhifəsində yerləşdirilmiş paylaşımda ​​deyilir.

Məlumata görə, PUA-ların ABŞ-nin, dəniz koalisiyasının və bölgədəki ticarət gəmiçiliyi üçün təhlükə yaratması müəyyənləşdirilib.
 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
31
Mənbələr
Şərh ()
Bağla