AZ

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir - Deputat

Bakı. Trend:

Son dövrlərdə bütün dünya xalqlarının davamlı inkişaf üçünmüəyyən çətinliklər yaradan iqlim dəyişikliyi problemi, eynizamanda, planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.Xüsusilə dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklərnəticəsində böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdəiqlim dəyişikliyi özünü ciddi şəkildə büruzə verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyevdeyib.

O bildirib ki, beynəlxalq platformalarda müxtəlif mövzularınmüzakirələrini təşkil edən beyin mərkəzlərinin idarəedicilərikifayət qədər gözəl başa düşürlər ki, doğrudan da, bu qəbildən olanməsələlərin həllini daha yaxşı, səmərəli təşkil etmək üçün yeganəmexanizm sağlam dialoqun təşviqidir.

“Bu baxımdan, belə qlobal siyasi problemlərin həllindəeko-dialoqun aparılması, bu işin daha da təkmilləşdirilməsi iqlimdəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunur.Beləliklə, 1992-ci ildə dünya dövlətləri tərəfindən qəbul olunmuşBirləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında ÇərçivəKonvensiyasından irəli gələn işlərdə daha fəal tədbirlərin həyatakeçirilməsi üçün dövlət və hökumət başçıları, siyasətçilər,parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər,ekoloqiya sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər iqlimdəyişikliyi ilə mübarizə naminə davamlı və qeyri-rəsmi dialoqyaradaraq, ilk dəfə 2-4 aprel 2010-cu il tarixlərində AlmaniyaFederasiyasının Berlin şəhərində “1-ci Petersberq İqlim Dialoqu”çərçivəsində toplanıblar.

Bu il 26 aprel tarixində keçirilən növbəti, “15-ci Petersberqİqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimiAzərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdəiştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdəatdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdimetməsinə imkan verdi.

Həmin beynəlxalq platformadan məharətlə istifadə edərəkPrezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olanölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasındaəhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası,habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusivurğuladı.

Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçünəsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldəolunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi,Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçünşərait yaradacaqdır:

“Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahidötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkməküçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dördqiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etməkimkanını yaradacaq”.

Ümumiyyətlə, yaşıl keçid üzrə icra edilən meqa layihələrçərçivəsində Azərbaycanın 2027-ci ilin sonuna qədər 2000 meqavatgünəş və yaşıl enerji imkanlarına nail olması, doqquz elektrikenerjisi stansiyası, 2030-cu ilə qədər isə əlavə 5000 meqavatgücündə 10 günəş, külək enerjisi stansiyalarının istismaraverilməsi ilə bağlı qarşıya qoyulmuş hədəflər, imzalanmışbeynəlxalq müqavilələr mövcud alternativ enerji ehtiyatlarımızın,eləcə də malik olduğumuz potensialın bariz göstəricidir”, - deyədeputat bildirb.

O qeyd edib ki, eyni zamanda, Almaniyaya səfər çərçivəsindəPrezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Olaf Şoltslaikitərəfli və geniş tərkibdə görüşü, hər iki ölkə liderinin birgəmətbuat konfransı keçirməsi ölkəmizin Almaniya, o cümlədən Avropaİttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadiinkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayişetdirdi.

“Fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nəimza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycanbu gün dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özününenergetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyatsiyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinintəmin edilməsində yaxından iştirak edir.

Beləliklə, Prezident İlham Əliyev Azərbaycanın hər birplatformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların vəinsanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyinidiqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyatakeçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərininhədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eynizamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariznümunəsidir”, - deyə o lavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
6
az.trend.az

6Mənbələr