AZ

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil. Bəs nə üçün pomidor və xiyarın qiyməti hələ də əl yandırır?

Ölkə.az xəbər verir ki, "Kaspi"qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Qiyməti tələb-təklif müəyyənləşdirir

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun verdiyi məlumata görə, qiymətləri bazarda tələb və təklif müəyyənləşdirir. Tərəvəzin kütləvi şəkildə istehsalı, təbii məhsulların bazara çıxarılması may ayından başlayır. Bundan sonra qiymətlərdə sabitləşməni görə bilərik.

Yerli pomidor bazara iyun ayında çıxarılacaq

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirdi ki, mövsüm başlayır. Lakin havaların dəyişkən keçməsi məhsulun bazara çıxışına öz təsirini göstərir: "Hər zaman bu dövr qış mövsümünün yekunu, yay mövsümünün başlanğıcıdır. Artıq may ayında bir çox tərəvəzlər yetişəcək. İyun ayında açıq sahələrdə yetişdirilən pomidorlar da bazara çıxarılacaq. Bu səbəbdən mövsüm başlayır deyə bilərik. Bir çox tərəvəzlər fevralın əvvəlindən əkilib. Onların vegetasiyasının orta müddətidir. Buna qlobal iqlim dəyişiklikləri də təsir göstərir. Fevral ayında havalar isti keçdi. Bu iqlim şəraiti bitkilərə də mənfi təsirini göstərir".

E.Allahverdiyevin fikrincə, bu tərəvəzlərin ucuzlaşmasını görmək üçün onların kütləvi yetişdirildiyi dövrü gözləmək daha doğru olar: "Maydan etibarən bir çox tərəvəzlər bazara daha çox daxil olacağından, qiymətlər də daha ucuz olacaq".

Su çatışmazlığı da qiymətə təsir göstərir

İqtisadçı Rauf Qarayev isə qeyd etdi ki, hazırda tərəvəzlərin baha olmasına təsir edən amillər su səviyyəsinin aşağı olması, suvarmanın düzgün həyata keçirilməməsidir: "Havaya baxdıqda görürük ki, sabit keçmir. Yalnız son bir həftədir havalar istiləşib, yəni 30 dərəcə həddindədir. Bundan əlavə, suvarma sistemində də çətinliklər mövcuddur. Qonşu ölkələrdə yağıntılar çox olduğundan çaylar öz mənbəyindən çıxıb, bizdə isə belə hallar müşahidə olunmur. Deməli, lazımi dərəcədə yağıntı olmayıb ki, çaylar bol sulu deyil. Yağıntının normadan artıq və ya az olması, hər ikisi kənd təsərrüfatı üçün məqbul hesab edilmir. Sululuq çox olanda sel daşqınlarına və əkin sahələrinin məhvinə, az olması isə quraqlığa və məhsulun az olmasına gətirib çıxarır. Su hövzələrinin az olması və sudan qənaətlə istifadə edilməməsi, əkin sahələrinə bərabər miqdarda su verilməməsi məhsulların ucuzlaşmasına imkan vermir. Hesab edirəm ki, may ayının ortalarından etibarən bazarda bu məhsulların qiyməti sabitləşəcək".

Yeni çıxan məhsullar tələbatımızı ödəmir

Fermer Anar Abbasov bu il müşahidə olunan bahalaşmanı bəzi amillərlə əlaqələndirdi: "Xiyar keçən il bol əkilmişdi. Fermerlər ziyana düşdülər. Keçən il həmçinin pomidor baha olduğu üçün bu il daha az əkiblər. İstixana əkinində birinci və ikinci dövriyyə əkinləri olur. Hazırda birinci əkin dövriyyəsi bitib, ikinci dövriyyənin əkinləri isə yeni-yeni çıxmağa başlayır. Onlar da hələ çox azdır. Yenicə çıxan məhsullar isə ölkəmizin tələbatını ödəmək potensialında deyil. Həmçinin Rusiyaya da pomidor göndərilir. Çünki təkcə İran Rusiyanı pomidor ilə təmin edə bilmir".

Xiyar ucuzlaşsa da, pomidor bahalaşacaq

Fermerin sözlərinə görə, bahalaşma bir neçə gün də davam edəcək, lakin may ayında artıq qiymət enmələri müşahidə edə biləcəyik: "Mayın əvvəllərində xiyarın qiyməti ucuzlaşağaq. Ayın ilk ongünlüyündə pomidorun qiyməti bahalaşa bilər. Amma ondan sonra pomidorun qiymətində də eniş müşahidə ediləcək. Yaxın günlərdə xiyarın orta qiyməti 1,2 manat olacaq. Pomidorun qiyməti isə əksinə, bahalaşacaq. Yaxın günlərdə Salyan pomidorunun qiyməti dörd manatın üzərinə qalxacaq, Bakı pomidoru isə ondan da baha satılacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19452
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13277
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10511
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
5024
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
5000
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3710
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3447
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2892
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2590
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2238
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1704
Azərbaycan nefti ucuzlaşdı
1207
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1083
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1033
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
981
Arda dubl etdi - VİDEO
862
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
834