AZ

"Titanik"də olan milyonçunun qızıl saatı bu qiymətə satıldı

1912-ci ildə aysberqə çırpılaraq batan əfsanəvi "Titanik" gəmisində səyahət edən ən zəngin sərnişinlərdən birinin qızıl cib saatı hərracda 900 min sterlinqə (təxminən 1.94 milyon manat) satılıb.

Publika.az xəbər verir ki, İngiltərənin Viltshire şəhərində keçirilən hərracda iş adamı Con Ceykob Astora məxsus saat öz qiymətindən təxminən 6 dəfə baha satılıb.

Vergiləri və əlavə ödənişləri nəzərə alsaq, alıcı saat üçün 1 milyon 175 min sterlinq (təxminən 2.11 milyon manat) ödəyəcək. Hərrac evi ümumi dəyəri "dünya rekordu" kimi təsvir edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
29
Mənbələr
Şərh ()
Bağla