AZ

Neftçalada yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Neftçalada

Neftçala, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası bu gün saat 15 radələrində Neftçala rayonunun Həsənabad kənd yolunda qeydə alınıb. Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində xəsarət alanlar -

Əzizov Aqşin və Əzizova Günel Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
azertag.az

7Mənbələr