AZ

“Muzeydə Musiqi Gecələri” çərçivəsində növbəti “Duet” adlı konsert keçirildi - FOTO

Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə  layihəsi  olan  "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti "Duet" adlı konsert  27 aprel saat 19:00-da Muzey Mərkəzində ( III mərtəbə, akt zalı)  keçirildi. Bu dəfəki konsertdə  Humay Qasımzadə (piano) və Qleb Xoxlov (violin)  çağdaş musiqinin seçilən bəstəkarlarından olan Morton Feldmanın "Spring of Chosroes", Pierre Boulez "Anthemes", Qalina Ustvolskayanın "Sonata" və Reiko Fütingin "Five Meditations on Music from Luigi Rossi`s Collection" əsərlərini ifa etdilər.

Humay Qasımzadə fortepiano ifaçılığı üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra (professor  Ədilə Vəkilovanın sinfi) Norveçin Bergen şəhərində magistratura pilləsində təhsil almışdır. İfaçılıq fəaliyyətini sırf müasir musiqi istiqamətində davam etdirmək məqsədilə daha sonra Manhattan School of Music-də (Nyu York) yenidən magistratura, Bowling Green State University-də (Ohio ştatı) isə doktorantura təhsilini başa vurmuşdur. H.Qasımzadə bir çox beynəlxalq festivalların iştirakçısı, müsabiqələrin qalibi olmuşdur. Onun doktorluq dissertasiyası ilin ən yaxşı  dissertasiyası seçilmiş, Azərbaycan bəstəkarlarının solo fortepiano əsərlərindən ibarət albomu Amerikanın məşhur  "İnnova" səsyazma şirkəti tərəfindən seçilərək, yayımlanmağı nəzərdə tutulmuşdur. H.Qasımzadə hazırda Cadenza Contemporary Orchestra-da pianoçu kimi fəaliyyətini davam etdirir.

Qleb Xoxlov musiqi təhsilini violin ixtisası üzrə almış, 2016-cı ildən etibarən isə müasir musiqi ifaçılığı üzrə ixtisaslaşmış və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını Qədim və Müasir İfaçılıq Sənəti fakültəsini fərqlənmə ilə bitirmiş, daha sonra "Müasir Musiqi Orkestri"də təcrübə keçmişdir. Q.Xoxlov fəaliyyətini məhz müasir musiqi ifaçılığı üzrə davam etdirmiş, onun təşəbbüsü ilə yaradılmış "Vacuum Quartet" 2017-ci ildən fəaliyyət göstərir. Q.Xoxlov ötən il "Cadenza dəvət edir" layihəsi, həmçinin Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilmiş "I Bakı Müasir Musiqi  Günləri" festivalı çərçivəsində  Bakıda  həm ustad  dərsi, həm də konsert proqramı ilə çıxış etmişdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22940
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14415
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13924
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11347
Helikopterin qalıqları tapılıb
8878
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7968
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6979
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5173
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4735
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4033
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3827
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3541
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2803
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2070
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1617
Azərbaycan nefti ucuzlaşdı
1616
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1525
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355