AZ

İnanıram ki, "Cığır"dövlətimiz tərəfdən də öz layiqli qiymətini alacaq - Ramin Məmmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Müasir dövrün tanınmış tarixi romançısı, kifayət qədər bədii tarixi əsərlərin müəllifi, yazıçı-publisist Yunus Oğuzun kitablarını oxuduqca, onun bu sahədə özünəməxsus yer tutduğu danılmaz fakt kimi yaddaşımda yer alır.

Bu yaxınlarda Yunus müəllimin "Cığır" adlı tarixi romanını məmnunluqla oxumuşam."  Bu sözləri  Olaylar.az-a  Birinci Qarabağ müharibəsi veteranı,  yazıçı-publisist  Ramin Məmmədov  Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 

"İlk növbədə diqqətimi çəkən o oldu ki, əsər haqqında Nizami Cəfərov, Azər Turan kimi görkəmli alimlər, tənqidçi-ədəbiyyatşünaslar, filologiya elmləri üzrə fəlsəfə doktoru, söz sərrafı Elnarə Qaragözova və başqa nüfuzlu qələm sahibləri yüksək fikir söyləyiblər. 

Hesab edirəm ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri aşkarlamaqda, öyrənməkdə bu gün bizə M.S.Ordubadinin, Y.V.Çəmənzəminlinin, Ö.F.Nemanzadənin və başqa ədiblərimizin əsərləri kömək etdiyi kimi, Yunus Oğuzun "Cığır" romanı da yüzillər sonrakı nəsillərə bizim zəmanədə baş vermiş erməni vandalizmini, bədnam qonşularımızın xalqımıza qarşı həyata keçirdiyi soyqırım, işğalçılıq... aktlarını, siyasətini öyrənməkdə, təbliğ etməkdə tutarlı mənbə və uğurlu nəşr rolunu oynayacaqdır. 

Yunus müəllimin əsərlərinin, xüsusilə də "Cığır" romanının üstünlükləri çoxdur. İlk növbədə diqqəti çəkən odur ki, müəllif əsəri qələmə almazdan öncə, necə deyərlər, zəhmət çəkir, ciddi araşdırma aparır və hadisələri, faktları dəqiq öyrənir, ona görə də mövzu üzrə oxucu üçün qaranlıq yer qalmır. Xeyli sayda tarixi simaların adlarının çəkildiyi, müxtəlif dəlillərin, hadisələrin bədii obrazlarla təqdim edildiyi "Cığır"da haşiyələrin çıxılması da ayrı-ayrı dövrlərdə yaşamış məşhur şəxslərin, maraqlı nümunələrin zaman və məkan baxımından mənimsənilməsi üzrə yaxşı yanaşmadır.

Kitabın məziyyətlərindən biri kimi qeyd etmək yerinə düşər ki, müəllif əsəri sadə xalq dilində işlədilən sözlərdən daha çox istifadə etməklə və bütün təbəqəli oxucular üçün başa düşülən üslubda qələmə almışdır. Toplunu mütaliə etdikcə, səhifələri oxuyub vərəqləri bir-bir aşırdıqca, elə təsəvvür yaranır ki, sanki müəllif öz oxucusu ilə üz-üzə oturub hadisələri səmimi, səbrlə nağıl edir. O, oxucusunu yormur, intizarda saxlamır. 

Erməni vəhşiliklərinin təşkilatçılarının, Ermənistana müasir dövrdə rəhbərlik edənlərin və başqa daşnak canilərinin məkrli niyyətləri, çirkin məqsədləri, məşəqqətli cinayətləri də "Cığır"da layiqincə izlənilir və ustalıqla göstərilir.

Bir çox mühüm hadisələrə olduğu kimi, Tovuz döyüşlərinə, bu döyüşlərin əsas qəhrəmanı, şəhid general-mayor Polad Həşimova romanda çoxsaylı səhifələrin ayrılması da əsərin ciddiliyindən xədər verir.

Düşünürəm ki, belə bir sanballı, şöhrətli bədii əsər, özü də ən aktual məsələni, Qarabağ müharibələrinin, digər taleyüklü problemlərimizin  sənədli bədii vasitələrlə və peşəkarlıqla təsvir olunmuş kitab dövlətimiz tərəfdən də öz layiqli qiymətini alacaqdır."

Seçilən
107
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
107
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
103
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
91
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
90
Azərbaycanda bu məhsul bahalaşdı
86
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
82
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
76
Həlak olan şəxslər sabah dəfn olunacaq
76
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
75
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
67
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
63
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
61
Helikopter qəzası ilə bağlı yeni xəbər
58
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
55
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
54
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
51
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
49
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
46
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
42
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
41