AZ

Nyu-York polisi Fələstin tərəfdarlarının ələ keçirdiyi universitet kampusuna basqın edib

Nyu York polisi tələbələr tərəfindən ələ keçirilmiş “Hamilton-holl”a basqın edib.

“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, Nyu-York polisi Kolumbiya Universitetinin “Hamilton-holl” kampusunun ətrafındakı ərazini mühasirəyə alıb və daha əvvəl Fələstin tərəfdarları və tələbələr tərəfindən ələ keçirilmiş binaya basqına başlayıb.

“Biz buranı təmizləyirik”, – deyə polislər “Hamilton-holl”un barrikadalı girişinə yaxınlaşarkən qışqırıblar. Bundan sonra kampusa basqın etməyə başlayıblar.

“The Washington Post”a görə, onlarla polis iğtişaş texnikası ilə binaya ikinci mərtəbənin pəncərəsindən nərdivanlarla daxil olub. Bundan sonra kütləvi saxlanılmalar başlayıb: etirazçılar əlləri bağlanmış halda kampusdan çıxarılıb. “The New York Times” qəzetinin yazdığına görə, “Hamilton-holl”da 60-a qədər etirazçı olub, lakin onlardan neçəsinin saxlanıldığı bəlli deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
20
Mənbələr
Şərh ()
Bağla